TKTA logo

Xarİcİ kvalİfİkasİyaların tanınması

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tam orta, orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə kvalifikasiyaların tanınması həyata keçirilir.
Tanınma xidməti ödənişlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün isə 20 AZN xidmət haqqı ödəməlidirlər.
Qeydiyyat elektron ərizə sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daim istifadə edilən olmalıdır. Belə ki, ərizələrlə bağlı yeniliklər bu vasitələr üzərindən mütəmadi olaraq bildirilməkdədir.
DİQQƏT! Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün yekun təhsil sənədini verən ali təhsil müəssisənin təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditə olunması başlıca şərtlərdən hesab edilir. Bu səbəbdən, vətəndaşların seçdikləri ali təhsil müəssisəsinin dövlət akkreditasiyasına sahib olduğuna əmin olmaları tövsiyə olunur!
Qeyd edək ki, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə Elektron Ərizə Sistemi