TKTA logo

Akkredİtasİya

Akkreditasiya prosesi institusional və proqram olmaqla iki növə ayrılır.

  1. İnstitusional akkreditasiya

    Təhsil müəssisəsinin akkreditasiyası onun fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır. Proses təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 5 ildən bir həyata keçirilir. Müvafiq keyfiyyət sənədinin – şəhadətnamənin verilməsi ilə başa çatır.

    Akkreditasiyaya dair dövlət rüsumu

    Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş məbləğdə dövlət rüsumu ödənilir. Qanuna əsasən ali təhsil müəssisələrinin institusional akkreditasiyaya dair rüsumun məbləği 20.000 AZN təşkil edir.
  2. Proqram akkreditasiyası

    Təhsil müəssisələrinin akkreditasiyasının ikinci növü proqram akkreditasiyasıdır. Proqram akkreditasiyası qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara əsasən təşkil olunur. Təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirir. Hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır. Proqram akkreditasiyası üçün dövlət rüsumu nəzərdə tutulmur.

    Təhsil müəssisələrinin akkreditasiyası elektron informasiya altsistemi

    Akkreditasiyaya dair müraciətlər yalnız elektron qaydada edilir. Həmin müraciətlər “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS) qeydiyyata alınır və hər bir təhsil müəssisəsinə sistemdə şəxsi kabinet açılır. Müraciət Agentliyə daxil olduqdan sonra təhsil müəssisəsinin müraciətdə göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Müəssisə qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.