Təhsildə Keyfiyyət Təminatı Agentliyi tələbə və məzunlara müəssisə daxilində təcrübə keçmək imkanı yaradır. Agentlikdə təcrübə keçəcəyiniz müddət ərzində bir sıra fəaliyyət istiqamətləri üzrə bilik və bacarıqlar əldə edərək gələcək karyeranızın ilk addımlarını bizimlə ata bilərsiniz. Təcrübə müddətini müvəffəqiyyətlə başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Bizimlə təcrübə keçmək istəyən şəxslər, mövzu hissəsinə “Təcrübə” qeyd etməklə, öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına göndərə bilərlər.