Təhsil sahəsində işləmək və təcrübə toplamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi sizlərə fürsət yaradır. Stabillik, rəqabətə davamlılıq və korporativ iş mühiti axtarırsınızsa, karyeranızı TKTA-da quraraq ilk addımı ata bilərsiniz. Biz işə qəbul zamanı müasir seçim üsullarından istifadə edirik. Hal-hazırda işə müraciət Agentliyimizin veb səhifəsi üzərindən qəbul olunur. Müraciət etdiyiniz sahədən asılı olaraq seçim prosesi fərqlənə bilər. Seçim mərhələlərində bilik, bacarıq və potensialınızı dəyərləndirmək üçün IQ test (düşünmə qabiliyyətini aşkar etmə testi) və texniki testlər, müsahibələr və digər üsullardan istifadə olunur. Bütün seçim mərhələlərindən uğurla keçən namizədlər işlə təmin olunacaqdır.

Aşağıdakı keçidlərə daxil olaraq aktiv vakansiyalar və ya Agentlikdə təcrübə keçmək imkanları haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

1. Vakansiyalar

2. Təcrübə proqramları