ÖDƏNİŞ

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələbinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə edilmiş hər bir müraciət üçün 15 (on beş) manat dövlət rüsumu müəyyən edilmişdir. Ödəniş etmək üçün:

  1. Bu keçiddən 15 (on beş) manatlıq ödəniş üçün nəzərdə tutulmuş rekviziti çap edin;
  2. Həmin rekvizitlə birlikdə hər hansı banka yaxınlaşaraq ödəniş edin;
  3. Ödəniş etdikdən sonra ödənişin uğurla tamamlanmasına dair sizə verilmiş qəbzi özünüzlə götürməyi unutmayın;
  4. Nostrifikasiya üçün müvafiq qaydada sənədlərinizi təqdim edərkən həmin qəbzin elektron surətini də [skan] digər sənədlərlə birlikdə müraciət ərizənizə əlavə edin.