Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilmişdir.

Ödənişin həyata keçirilməsi haqqında ətraflı məlumat əldə etmək üçün təlimatla tanış olmağınız xahiş olunur.