Akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib 05.02.2021

Fevralın 4-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına müvafiq şəhadətnamələr təqdim edilib.

 Belə ki, Agentliyin təşkilatçılığı ilə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq ,hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq, Yekun Hesabatlar hazırlanmış və bu hesabatlar təhsil nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilmişdir. Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli müvafiq qərarı ilə sözügedən ali təhsil müəssisələri  növbəti 5 (beş) il müddətinə akkreditasiya olunmuşdur.

 Qeyd edək ki, akkreditasiya Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.

 

 

 

1 / 14