Akkreditasiya proseslərinə keyfiyyət təminatı üzrə ekspertlər dəvət edilir 11.11.2020

Təhsildə Keyfiyyət Təminatı Agentiliyi ali təhsil müəssisələrində insan resurslarının idarə olunması, beynəlxalq əlaqələr, maliyyə, strateji planlama və innovasiya sahələrində təcrübəsi olan mütəxəssisləri təhsil müəssisəslərinin və təhsil proqramlarının akkreditasiya qiymətləndirilməsi məqsədi ilə yaradılan ekspert bankına müraciət etməyə dəvət edir.

  Agentliyin formalaşdırdığı ekspert bankına daxil olan seçilmiş ekspertlərə keyfiyyət təminatı proseslərində qiymətləndirici qismində iştirak etmək üçün müvafiq təlimlər təşkil olunacaq və təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə etmiş namizədlər komissiyaya üzv seçilə bilərlər. Komissiya ödənişli əsaslarla fəaliyyət göstərəcəkdir.

 Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Respublikası ərazisində ali təhsil sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssislərinin, sahə üzrə elmi işçilərin, əmək bazarının və təhsilalanların nümayəndələri sırasından seçilir.

Müraciət üçün, Agentliyin internet saytının (www.tkta.edu.az) “Ekspert bankı” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.

 

 

 

1 / 14