Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsi prosesi müvəqqəti olaraq dayandırılır 02.11.2020

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, 2020-ci ilin noyabr ayının 2-dən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyində  vətəndaşlara şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi  prosesi müvəqqəti dayandırılır.  

 Cari ilin mart ayından etibarən mövcud vəziyyət nəzərə alınaraq, sənədlərinin icra statusu "Şəhadətnamə verildi" olaraq təyin olunan vətəndaşlara şəxsi kabinetlərinə daxil olmaqla onlara təqdim olunan şəhadətnamə sənədini elektron versiyada əldə etmək imkanı yaradılmışdır.

 Zərurət yarandığı təqdirdə, şəhadətnamələri fiziki kağız daşıyıcıda xidməti poçt vasitəsi ilə əldə etmək istəyən  vətəndaşlar faktiki yaşayış ünvanlarını dəqiq şəkildə qeyd etməklə info@tkta.edu.az ünvanına  rəsmi müraciət edə bilərlər.

  Əlavə olaraq, şəhadətnamələrin həqiqiliyini təsdiq etmək məqsədi ilə Agentliyin rəsmi internet saytına daxil olaraq, “ŞƏHADƏTNAMƏNİ YOXLA” bölməsinə keçid etməklə məlumat əldə etmək mümkündür.

 

 

 

1 / 14