Avropa İttifaqının maliyyə dəstəyi ilə BMTİP, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Təlim Proqramı təşkil edib 23.09.2020

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı,Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edib. Proqram peşə təhsili mütəxəssislərini, özəl sektor nümayəndələri və sahə üzrə peşəkarları bir araya gətirib.

Təlim, bilik və bacarıqlarının rəsmiləşdirilməsini istəyən vətəndaşlar üçün nəzəri və praktik qiymətləndirmə prosesinin təşkilinə dair addımları əhatə edib.

Bu qiymətləndirmələr aparıldıqdan sonra vətəndaşlar, iş tapmaq yaxud karyeralarını yeni mərhələyə daşımaq şanslarını artırmağa kömək edəcək sertifikatlar alacaqlar. Qeyri-formal və informal səriştələrin tanınması üzrə təşviq fəaliyyətlərinin Azərbaycan əmək bazarında bacarıqlı işçi qüvvəsi üçün yeni imkanlar açacağı gözlənilir.

İlk imtahan bu ay, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və tikinti materialları istehsalı üzrə beynəlxalq “Knauf Marketing Baku” şirkətinin dəstəyi ilə quru inşaat üzrə biliklərini rəsmiləşdirmək istəyən namizədlər üçün Gəncədə həyata keçiriləcəkdir. İmtahan zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar.

İmtahan öncəsi keçirilən bu təlim proqramı, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.

 

1 / 14