Tanınma (nostrifikasiya) üzrə müraciətlərə baxılması prosesi pandemiya dövründə də davam etdirilir 01.09.2020

Pandemiya ilə əlaqədar ölkə ərazisində elan olunmuş xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində tanınma (nostrifikasiya) üzrə müraciətlərə baxılması prosesi davam etdirilir. Cari ilin əvvəlindən bu günədək xarici ali təhsil müəssisələrindən əldə edilən kvalifikasiyaların tanınması ilə bağlı müraciətlərə baxılaraq 1219 nəfər vətəndaşa müvafiq şəhadətnamələr təqdim edilmişdir.

Müqayisə üçün bildirək ki, 2017-ci ildə 2087 nəfər, 2018-ci ildə 2245 nəfər, ötən ildə isə 3833 nəfər vətəndaşa şəhadətnamələrin təqdim olunması tanınma (nostrifikasiya) sənədlərinin sayında illər üzrə artan dinamika ilə özünü göstərməkdədir.  

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisalarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir.

 

 

1 / 14