Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2020-ci il iyulun 1-dək dayandırılır 16.06.2020

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2020-ci il iyulun 1-dək dayandırılmışdır.

Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) elektron xidmətindən yararlana bilərlər.

Əlavə olaraq, vətəndaşların Agentliyin internet saytının (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olması tövsiyə olunur.

1 / 14