TKTA-nın əməkdaşları tərəfindən Koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə dəstək olaraq xeyriyyə aksiyası keçirilib 02.05.2020

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə Təhsildə Keyfiyyət Təminatı Agentliyi infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq və bu sahədə əhalinin marifləndirilməsi məqsədi ilə Bakı şəhərinin bəzi nöqtələrində xeyriyyə aksiyası həyata keçirmişdir.

Aksiya zamanı Agentliyin əməkdaşları tərəfindən vətəndaşlara tibbi-gigiyenik ləvazimatlar (tibbi maska, tibbi spirt və tibbi əlcəklər) və müvafiq sanitariya-gigiyena qaydalarının əks olunduğu maarifləndirici broşürlər paylanmışdır.

Qeyd olunan aksiyanın növbəti həftələrdə də davam etdirilməsi nəzərdə tutulur. 

 

1 / 14