Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu aprelin 20-dək dayandırılır 28.03.2020

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2020-ci il aprel ayının 20-dək (daha sonrakı müvafiq qərar əsasında may ayının 4-dək) dayandırılmışdır.

Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) elektron xidmətindən yararlana bilərlər.

Əlavə olaraq, vətəndaşların Agentliyin internet saytının (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olması tövsiyə olunur.

 

1 / 14