Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılır 16.03.2020

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alınaraq, Agentlikdə vətəndaşların qəbulu 2020-ci il martın 20-dək dayandırılır.

Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər (012) 599-11-55 (daxili: 6366; 6367; 6382) nömrəsi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin Agentliyin qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanlarına müraciət edə bilərlər.

Əlavə olaraq, vətəndaşların Agentliyin internet saytının (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmağı tövsiyə olunur.

 

 

1 / 14