Yeni Peşə Təhsil Mərkəzində təlimlər təşkil ediləcək 10.01.2020

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif istiqamətlər üzrə keçiriləcək təlim kurslarına qəbulu açıq elan edir.

Müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyən namizədlər təlim kurslarına qatıla bilərlər. Təlimlərdə iştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını  (Qeydiyyat forması) doldurmalıdırlar.

Yanvarın 15-də start veriləcək təlimlərin 3 ay müddətində davam etdirilməsi nəzərdə tutulur. Təlimlər ödənişli əsaslarla həyata keçirilir.

Mərkəz tərəfindən təşkil ediləcək təlimlərin tam siyahısı ilə bu linkə https://vet.edu.gov.az/az/news/1614  daxil olaraq tanış ola bilərsiniz. 

Qeyd edək ki, Koreya təhsil standartları əsasında yaradılan Yeni Peşə Təhsil Mərkəzində çalışan pedaqoji heyət Koreyada təlimlərdə iştirak edib və tədris prosesini ən son yeniliklərə əsaslanaraq təşkil edirlər.

1 / 14