19.12.2019-cu il tarixdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə seminar keçirilmişdir 19.12.2019

Təhsil Nazirliyinin təşkilatçılığı ilə 19 dekabr 2019-cu il tarixdə “Avropa ali təhsil məkanında yeni inkişaf istiqamətləri və keyfiyyət istiqamətlərinə dair Azərbaycanın qarşısında duran hədəflər – ali təhsildə keyfiyyət təminatı” mövzusunda 1 günlük seminar keçirilmişdir.

Seminarda Təhsil Nazirliyinin əməkdaşları, Bakı şəhərində və regionlarda yerləşən 15-dək ali təhsil müəssisəsindən nümayəndələr, təhsildə keyfiyyət təminatı ilə əlaqəli sahələrdə çalışan mütəxəssislər, o cümlədən Avropa İttifaqından olan ekspertlər iştirak etmişdir.

Seminarın keçirilməsində əsas məqsəd Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun təşkil olunmuş daxili keyfiyyət təminatı sisteminin yaradılması istiqamətində ali təhsil müəssisələrinin insan resursları və metodoloji baxımdan ehtiyaclarının müəyyən edilməsi və bu sahədə görülməli olan işlərlə bağlı onlara müvafiq tövsiyələr verilməsi olmuşdur.

Seminar zamanı, ölkəmizdə ali təhsil sahəsində müasir tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin yaradılmasının təhsil müəssisələrimizin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, onların beynəlxalq reytinqlərdə irəliləməsinə, habelə effektivlik, rəqabətədavamlılıq və keyfiyyətli mütəxəssis hazırlığı potensiallarının artırılmasına təsiri barədə məlumat verilmiş, bu mövzuda ətraflı müzakirə aparılmışdır.

1 / 14