Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi 12.12.2019

Dekabrın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə  Azərbaycan Milli Konservatoriyasında  ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz qoyduğunu bildirib. Rektor milli musiqimizə bağlı olan ulu öndərin mədəniyyətimizin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb, anım mərasimində ümummilli liderin sevdiyi mahnıların səsləndiriləcəyini qeyd edib. 

Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi tədbirdə xalq mahnıları, həmçinin vətənpərvərlik mövzusunda şeirlər ifa olunub.

1 / 14