3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə 10.12.2019

Rusiyanın Moskva şəhərində uşaq və gənclərin “İstoki” adlı IX Beynəlxalq festival-müsabiqəsi keçirilib.

Rus mədəniyyəti festivalının keçirilməsində məqsəd vokal janrı üzrə istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onlar arasında beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi, təcrübə mübadiləsinin yaradılmasından ibarətdir.

15 ölkədən uşaq və gənclərın qatıldığı beynəlxalq müsabiqədə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də uğurla iştirak ediblər.

Mərkəzin “Vokal” studiyasının  üzvü Murad Musa festivalın I dərəcəli diplomuna layiq görülərək Bolqarıstana, Anastasiya və Darya Kşnyakinalar isə Qırğızıstanda keçiriləcək vokal müsabiqəsinə dəvət olunublar.

Həmçinin,  Təhsil naziri Ceyhun Bayramov və nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov festivalın Təşkilat Komitəsi tərəfindən  “Təşəkkürnamə” ilə təltif olunub.

1 / 14