#BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verilir 04.11.2019

Təhsil Nazirliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə #BayraqQürurumdur#9Noyabr həştəq paylaşımlarına start verir. Ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur.

Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları noyabrın 9-dək davam edəcək.

1 / 14