Xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil alan vətəndaşların diqqətinə! 25.09.2020

    Azərbaycan Respublikasında, eləcə də dünyanın bir çox ölkələrində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılmış və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılmışdır.      

    Mövcud vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat Mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaqdır.

   Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış olmaları tövsiyə olunur.

 

1 / 14