Təhsildə Keyfiyyət Təminatı Agentliyi qanvermə aksiyasına qoşulub 30.04.2020

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Təhsildə Keyfiyyət Təminatı Agentliyi də Heydər Əliyev Fondunun başlatdığı təşəbbüsə qoşulub.

Mərkəzi Qan Bankında keçirilən və Agentliyin əməkdaşlarının iştirak etdiyi aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada onlardan qan götürüblər.

Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçirildikdən sonra irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.

 

1 / 14