“Məktəbimizdə” - fotorubrika 05.11.2019

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydən çəkilib. Məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hazırda məktəb-liseydə 3104 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 167 müəllim məşğul olur.

Tədrisin keyfiyyətinə nəzarət məqsədilə ümumi təhsil müəssisəsində mütəmadi olaraq “açıq qapı” günləri keçirilir. Məktəb-liseyin respublika və beynəlxalq bilik yarışları, olimpiadalara qatılan şagirdləri uğurlu nəticələr əldə ediblər. Məktəbin 3 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb, digər 3 müəllim  “Qabaqcıl maarif işçisi” döş nişanı, 1 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunub.

Məktəb-liseyin şagirdlərindən Məsail Quliyev “İNEPO-EUROASİA” ətraf mühitin mühafizəsi 5-ci Beynəlxalq Layihə Olimpiadasında 35 dövlətin komandası arasında II yerə layiq görülüb. Şagirdlərdən Nərmin Nərimanzadə də Beynəlxalq Ana dili Gününə həsr olunmuş VIII ənənəvi “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində uğurlu nəticə əldə edərək II yeri qazanıb. Qərb regionunda ilk olaraq bu ümumi təhsil müəssisəsində “Gimnastika” qrupu yaradılıb ki, həmin komanda Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi bütün yarış və tədbirlərdə nümunəvi çıxışları ilə fərqlənir. 

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

1 / 14