TƏLİMÇİ BAZASI

 

Təhsildə Keyfiyyət Təminatı Agentiliyi tərəfindən təhsildə keyfiyyət təminatı və ali təhsil müəssisələrinin akkreditasiyası üzrə təlim keçəcək peşəkar mütəxəssislərdən ibarət təlimçi bazası yaradılır.

 

Təlimçi bazasına müraciət edən namizədlər aşağıdakı meyarlar əsasında seçilir:

  • Yerli və beynəlxalq akkreditasiya prosesi haqqında məlumatlılıq;
  • Keyfiyyət təminatı sahəsində ən az 3 il təcrübə;
  • Təlimçi və ya iştirakçı kimi milli və beynəlxalq səviyyədə təcrübə;
  • Təlim fəaliyyətinin hədəf qrupunun ehtiyaclarını təhlil etmək və müvafiq metodologiyalarla keyfiyyətli təlim proqramı hazırlamaq bacarığı;
  • Təqdimat bacarıqları;
  • Komandada və qrupda işləmək bacarığı;
  • Analitik təhlil bacarıqları  və yeni təlim metodologiyaları ilə işləmə bacarığı;
  • Ünsiyyət bacarıqları.

Keçirilməsi nəzərdə tutulan təlim mövzuları:

  1. “ESG” standartları üzrə təlimlər

1.1 daxili keyfiyyət təminatı

1.2 xarici keyfiyyət təminatı

1.3 proqramların hazırlanması və monitorinqi (ESG 1.2; 1.9)

1.4 tələbə mərkəzli təhsil sistemi (ESG 1.3)

1.5 informasiyanın idarə edilməsi (ESG 1.7)

1.6 ali təhsildə beynəlmiləlləşmə

  1. Milli Akkreditasiya qaydaları
  2. Ekspertlərin ümumi iş prinsiplərinə dair təlimlər
  3. Akkreditasiya komissiyasında maraqlı tərəflərin (əmək bazarı nümayəndələri, tələbələr və s.)  rolu

 

Seçilmiş namizədlər üçün yerli və beynəlxalq Keyfiyyət Təminatı ekspertləri tərəfindən müvafiq təlimlər təşkil olunacaq və təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə etmiş namizədlər TKTA-nın təlimçi bazasına daxil ediləcəkdir. 

Təlimçi bazasına üzv olmaq üçün aşağıdakı sorğunu doldurmaqla müraciət edə bilərsiniz. Xahiş olunur sorğunu doldurmaqla yanaşı göstərilən formada CV-nizi hazırlayaraq tktatelim@gmail.com poçt ünvanına göndərəsiniz.  

>>  APPLY <<