Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

Təhsil müəssisələrinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarət olur:

  1. akkreditasiyanın keçirilməsinə hazırlıq;
  2. təhsil müəssisəsinin özünütəhlili;
  3. Akkreditasiya Komissiyasının təhlil aparması;
  4. akkreditasiya haqqında yekun arayışın hazırlanması;
  5. təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi.

Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.