Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixli, 508 nömrəli qərarı ilə “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə test imtahanının keçirilməsi  üçün 100 manat; təhsil proqramının (kurikulumun) bir modulu üzrə bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi  üçün 80 manat məbləğində ödənilməsi tələb olunur.

 

Qeyd edilən xidmət haqqı ödənişini Hökumət Ödəniş Portalı vasitəsilə (www.gpp.az) , eləcə də nağd ödənişlə bank və poçt mərkəzlərində həyata keçirmək mümkündür. Ödənişlə bağlı ətraflı məlumat almaq üçün istifadəçilər Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən hazırlanmış ödəniş təlimatından istifadə edə bilərlər.