Təhsildə Keyfiyyət Təminatı Agentiliyi mütəxəssisləri vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə yaradılan ekspert bankına müraciət etməyə dəvət edir.

Ekspert bankına aşağıdakı şəxslər müraciət edə bilərlər:

  • müvafiq ixtisas üzrə təhsil və təcrübəyə malik mütəxəssislər;
  • peşə təhsili müəssisələrindən nümayəndələr;
  • işəgötürənlər.

Ekspertlər aşağıdakı meyarlara cavab verməlidir:

  • sahə üzrə müvafiq təhsilə malik və ixtisas üzrə ən azı 5 (beş) il iş təcrübəsi olmalı;
  • qiymətləndirmədə verilən məlumatları analiz etmək və fikir bildirmək qabiliyyəti olmalı;
  • ünsiyyət qurmaq, dinləmək və müşahidə etmək qabiliyyəti olmalı;
  • qiymətləndirmənin nəticəsinə dair şəxsi marağı olmamalı.

Agentliyin formalaşdırdığı ekspert bankına daxil olan seçilmiş ekspertlərə QFİTT proseslərində qiymətləndirici qismində iştirak etmək üçün müvafiq təlimlər təşkil ediləcək .

Ekspert bankı ödənişli əsaslarla fəaliyyət göstərəcəkdir.

Ekspert bankına üzv olmaq üçün aşağıdakı sorğunu doldurmaqla müraciət edə bilərsiniz. Xahiş olunur sorğunu doldurmaqla yanaşı göstərilən formada CV-nizi hazırlayaraq qfitt@tkta.edu.az poçt ünvanına göndərəsiniz. 

“müraciət formu”