Qeydiyyat

  • Qiymətləndirmə və tanınma üçün müraciət elektron qaydada həyata keçirilir. Bütün sənədlər elektron poçt vasitəsilə qfitt@tkta.edu.az ünvanına göndərilir.
  • Məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron poçtdan kənar vasitələrlə göndərilməsi ərizəçinin müraciətinə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər. Elektron poçt ərizəçi tərəfindən daim istifadə olunan olmalıdır, belə ki, müraciətlə bağlı yeniliklər (ərizənin cari statusu,qiymətləndirmə və tanınmanın keçirilmə vaxtı, yeri və nəticəsi) bu vasitələrdən istifadə edilməklə bildirilir.
  • Elektron poçtda qeyd olunan statusu mütəmadi yoxlamaq hər bir ərizəçinin məsuliyyətidir. 

Ilkin baxış (müsahibə)

  • İlkin baxış mərhələsində təqdim edilmiş sənədlərin (materialların) qiymətləndirilməsi zamanı zərurət yarandığı təqdirdə ərizəçilərlə müsahibə keçirilir. Müsahibədə aşağıdakı məlumatlar əldə edilir:
  • Müraciət etdiyi sahə üzrə nəzəri və praktiki biliklər barəsində məlumat;
  • Nəzəri və praktiki biliklərin əldə olunması formasına dair məlumat;
  • Nəzəri və praktiki biliklərin tətbiqi imkanları və müddətləri haqqında məlumat.

Biliklərin qiymətləndirilməsi.

  • Biliyin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə test imahanı keçirilir.
  • Test imtahanı kağız daşıyıcıları vasitəsilə və ya komputer vasitəsilə həyata keçirilir.
  • Ərizəçiyə hər bir modul üzrə 10 sual verilir və hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir.
  • Ərizəçiyə sualların cavablandırılması üçün 60 dəqiqə vaxt verilir. Əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunur və onların imtahanda iştirakı üçün əlverişli şərait yaradılır.
  • Ən azı 6 sualı düzgün cavablandıran ərizəçi bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır.

Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi

  • Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə tapşırıqvermə üsulu ilə praktiki imtahan həyata keçirilir.
  • Praktiki imtahanda tapşırıqların yerinə yetirilməsi üçün vaxt məhdudiyyəti yoxdur. Lakin bəzi ixtisas modullarından asılı olaraq Qiymətləndirmə Komissiyası tərəfindən əvvəlcədən vaxt intervalı müəyyənləşdirilə bilər.
  • Praktiki imtahan Qiymətləndirmə Komissiyası tərəfindən müvafiq qeydlər aparılmaqla qiymətləndirilir. Tapşırıqların ən azı 50%-ni düzgün yerinə yetirən ərizəçinin nəticəsi məqbul hesab edilir.