TƏLİMÇİ BAZASI
Təhsildə Keyfiyyət Təminatı Agentiliyi tərəfindən təhsildə keyfiyyət təminatı və ali təhsil müəssisələrinin akkreditasiyası üzrə təlim keçəcək peşəkar mütəxəssislərdən ibarət təlimçi bazası yaradılır.
Təlimçi bazasına müraciət edən namizədlər aşağıdakı meyarlar əsasında seçilir:
Keçirilməsi nəzərdə tutulan təlim mövzuları:
1.1 daxili keyfiyyət təminatı
1.2 xarici keyfiyyət təminatı
1.3 proqramların hazırlanması və monitorinqi (ESG 1.2; 1.9)
1.4 tələbə mərkəzli təhsil sistemi (ESG 1.3)
1.5 informasiyanın idarə edilməsi (ESG 1.7)
1.6 ali təhsildə beynəlmiləlləşmə
Seçilmiş namizədlər üçün yerli və beynəlxalq Keyfiyyət Təminatı ekspertləri tərəfindən müvafiq təlimlər təşkil olunacaq və təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə etmiş namizədlər TKTA-nın təlimçi bazasına daxil ediləcəkdir.
Təlimçi bazasına üzv olmaq üçün aşağıdakı sorğunu doldurmaqla müraciət edə bilərsiniz. Xahiş olunur sorğunu doldurmaqla yanaşı göstərilən formada CV-nizi hazırlayaraq tktatelim@gmail.com poçt ünvanına göndərəsiniz.
>> APPLY <<