Təhsildə Keyfiyyət Təminatı Agentiliyi Ali təhsil müəssisələrində  insan resurslarının idarə olunması, beynəlxalq əlaqələr, maliyyə, strateji planlama və innovasiya sahələrində təcrübəsi olan mütəxəssisləri təhsil müəssisəslərinin və təhsil proqramlarının akkreditasiya qiymətləndirilməsi məqsədi ilə yaradılan ekspert bankına müraciət etməyə dəvət edir.

Namizədlər üçün tələblər:

  • ali təhsilli olmalı;
  • yerli və beynəlxalq akkreditasiya prosesi haqqında məlumatlı olmalı;
  • ali və ya orta ixtisas təhsili sahəsində yuxarıda adı çəkilmiş sahələrdən hər hansısa biri üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalı;
  • qiymətləndirmədə verilən məlumatları analiz etmək və fikir bildirmək qabiliyyəti olmalı;
  • ünsiyyət qurmaq, dinləmək və müşahidə etmək qabiliyyəti olmalı;

Agentliyin formalaşdırdığı ekspert bankına daxil olan seçilmiş ekspertlərə keyfiyyət təminatı proseslərində qiymətləndirici qismində iştirak etmək üçün müvafiq təlimlər təşkil olunacaq və təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə etmiş namizədlər komissiyaya üzv seçilə bilərlər. Komissiya ödənişli əsaslarla fəaliyyət göstərəcəkdir.

Ekspert bankına üzv olmaq üçün aşağıdakı sorğunu doldurmaqla müraciət edə bilərsiniz. Xahiş olunur sorğunu doldurmaqla yanaşı göstərilən formada CV-nizi hazırlayaraq expertbanktkt@gmail.com poçt ünvanına göndərəsiniz.  

                                                                                     >>  APPLY <<